25 C
Baku
Saturday, July 27, 2024

İranda inflyasiya kəskin artacaq

İran hökumətinin təklif etdiyi yeni büdcə real deyil və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq.

Bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib.

O qeyd edib ki, hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibindən götürməli olacaq.

“Bu isə kəskin inflyasiya və bahalığın şiddətlənməsi ilə nəticələnəcək”, – deputat xəbərdarlıq edib.

Qeyd edək ki, İranda iqtisadi böhran hökm sürür. Müxtəlif hesablamalara görə, əhalinin 80%-i artıq yoxsulluq həddində yaşayır. Ekspertlər hesab edirlər ki, iqtisadi vəziyyət potensial sosial iğtişaşlara səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər