İran Səhiyyə Nazirliyi koronavirusla əlaqədar yeni məlumat yayıb.
IRNA-ya istinadən verilən məlumata görə, İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə 19 nəfərin koronavirusdan öldüyünü bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində 44 yeni yoluxma faktı qeydə alınıb, beləliklə, yoluxanların sayı 139 nəfərə çatıb. K.Cahanpur dediyinə görə, 1 383 nəfər koronavirusdan şübhəli bilinir.
Report