13 C
Baku
Tuesday, May 7, 2024

İranda “qara bazar”da ABŞ dollarının məzənnəsi tarixi maksimuma yüksəlib

İranda milli valyutasının bölgədəki geosiyasi gərginliklərin artması fonunda son dörd ayda sərbəst (qanuni deyil) bazarda ABŞ dolları qarşısında 17%-dən çox dəyər itirib. Ölkədə illik inflyasiya 40%-dən yuxarıdır.

Banker.az xəbər verir ki, İsrail-HƏMAS qarşıdırmasından bir gün əvvəl, oktyabrın 6-da Tehranın sərbəst bazarında dollar 498 min riala bərabər olub. Yanvarın 29-u günortadan sonra – İranın dəstəklədiyi husilərin İordaniyadakı ABŞ hərbi bazasına hücumundan bir gün sonra – məzənnə 582 500 riala çatıb ki, bu da son 11 ayda ən aşağı göstəricidir.

1 avro 630 500 riala bərabər olub ki, bu da Tehran valyuta bazarında tarixi rekorddur.

Bununla belə, İran Mərkəzi Bankı sərbəst bazarın məzənnəsini qəbul etmir, israrla 429 210 rial olduğunu bildirir. Belə olan halda qeyd edilən oktyabr hadisələrindən sonra dollar/rialda 4.1% artım kimi qiymətləndirilir.

İran parlamentinin iki il əvvəl təsdiq etdiyi qanuna görə, azad bazarda xarici valyutanın alınıb-satılması qaçaqmalçılıq sayılır və cəzalandırılır.

İran Mərkəzi Bankı həmçinin valyuta dəyişmə büroları vasitəsilə əhaliyə sərbəst şəkildə valyuta satışını qadağan edib və şəxsi bank hesablarından rialların köçürülməsini də məhdudlaşdırıb.

Potensial müharibə qorxusu valyuta bazarından Tehran Fond Birjası (TEDPIX) son 40 gündə ümumilikdə 4% -dən çox dəyər itirib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər