İran İslam Respublikası koronavirus infeksiyasından ölənlərin sayının artması ilə bağlı KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
Banker.az İRNA-ya istinadən xəbər verir ki, İranın səhiyyə naziri Asadulla Abbasi koronavirusdan ölənlərin sayının 12 nəfər olduğunu təsdiqləyib. Məlumat üçün bildirək ki, ötən günkü açıqlamada 6 nəfər öldüyü bildirilirdi.
Bildirilib ki, indiyədək, ümumilikdə, 47 təsdiq edilmiş koronavirus yoluxması halı qeydə alınıb.
Qeyd edək ki, fevralın 23-də KİV-də İranda koronavirus infeksiyasından ölənlərin sayının 18 olduğu barədə məlumatlar yayılıb.