İranın nümayəndə heyəti ABŞ ilə 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib

İran parlamentinin (Məclisin) sədri Məhəmməd Baqir Qalibaf başda olmaqla İran nümayəndə heyəti ABŞ ilə daha əvvəl imzalanmış memorandumun icrası məsələsinə həsr olunmuş 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edərək Tehrana yollanıb. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Telegram” kanalında məlumat verib.

Daha əvvəl Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayan Qətər və Pakistan bildirmişdilər ki, tərəflər Bürgenştokda İran və ABŞ arasında yekun sazişin imzalanmasına aparacaq yol xəritəsi hazırlayıblar.

Bundan əlavə, danışıqlar prosesinin gedişinə nəzarət etmək üçün xüsusi komitənin yaradılması barədə də razılıq əldə olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər