12 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

İranın tankeri vuruldu, neft bahalaşmağa başladı – S.Ərəbistanı ilə “ortaq dəyəri”

İranın Qırmızı dənizdə göyərtəsində partlayışlar baş verən və yanğın çıxan tankerinin iki raketin hücumuna məruz qaldığı ehtimal edilir. Bu barədə Milli İran Neft Şirkəti (NIOC) dövlət korporasiyasının tankerinin sahibi bildirib.

Şirkətdən verilən məlumata görə, tankerdə təxminən 20 dəqiqə fasilə ilə (6:00 və 6:20) iki partlayış olub və onların səbəbi, ehtimal ki, raket hücumlarıdır. Hadisə Səudiyyə Ərəbistanının Ciddə limanından, təxminən, 96 km məsafədə baş verib. Partlayışdan sonra gəminin göyərtəsində yanğın olub və neft sızması başlayıb.

Bu hadisənin ardından isə ICE qitələrarası London birjasında Brent markalı xam neftin dəyəri (Bakı vaxtı ilə sat 11:30) 58 dollar/bareldən 60,29 dollar/barelə qədər artmalı olub.

“Qiymət eniş trendinə girən kimi, tərəflərdən biri o birinin ya tankerinə, ya neft infrastrukturuna zərbə endirir, nəticədə qiymət stabilləşir”, bunu siyasi şərhçi Şahin Cəfərli məlum hadisəyə dair fikir bildirərkən deyib.

Siyasi şərhçi deyir ki, bu iki ölkənin iqtisadiyyatı neftdən çox asılıdır: “Nefti onları birləşdirən “ortaq dəyər” saymaq olar. İran ABŞ sanksiyalarına baxmayaraq, müəyyən miqdarda neft satışını davam etdirir və bu satış İranın nəfəs ala bilməsi üçün həyati əhəmiyyətlidir. Səudiyyə Ərəbistanı isə dövlət yox, yanacaqdoldurma stansiyasıdır. Onların özünü rahat hiss edə bilməsi üçün neftin 80 dollar olmasına ehtiyac var”.

“Ümumən yaxın perspektiv üçün neftin qiymətinə 2 fundamental amil təsir edəcək: birincisi, dünya iqtisadiyyatının vəziyyəti; ikincisi, hazırda davam edən ABŞ-Çin ticarət müzakirələri. Dünya iqtisadiyyatının inkişaf tempinin yavaşlaması xammala, o cümlədən yanacağa olan tələbatın azalması, nəticədə qiymətin düşməsi deməkdir. ABŞ-Çin ticarət savaşı da qarşılıqlı alış-verişi, idxal-ixracı, iqtisadi canlılığı, iş yerlərini azaltdığı üçün xammalın qiymətlərinə mənfi təsir göstərir”, deyə Cəfərli deyir.

Hazırda ən böyük neft ixracatçısı olan Rusiya da neftin bahalaşması ilə bağlı o qədər də optimist fikirlər səsləndirmir. Məsələm, bu həftənin əvvəllərində Federasiyanın energetika naziri Aleksandr Novak bəzi maraqlı fikirlər bildirmişdi. O bildirib ki, neftin bir barelinin ortamüddətli perspektivdə 50 dollara satılmasını ədalətli qiymət hesab etmək, amma əvvəllər 100 dolları aşan yüksək qiymət səviyyəsi barədə unutmaq olar. 

 

Son xəbərlər
Oxşar xəbərlər
X