15 C
Baku
Friday, March 29, 2024

İranın yeni prezidentinin inauqurasiya mərasiminin proqramı açıqlanıb

İranın yeni prezidenti Ayətullah Seyid İbrahim Rəisinin inauqurasiya mərasiminin proqramı açıqlanıb.

Apa-nın Tehran bürosunun məlumatına görə, avqustun 3-də Ayətullah İbrahim Rəisinin ilkin andiçmə mərasimi olacaq və prezident kimi öz vəzifəsinin icrasına rəsmi olaraq başlayacaq.

Tədbirdə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamnei, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar, dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. İran daxili işlər naziri XIII dövr prezident seçkilərilə bağlı hesabat verəcək.

Daha sonra Ali Rəhbərin İ.Rəsinin prezidentliyini təsdiqlədiyinə dair mətn oxunacaq.

Bundan sonra İranın yeni prezidenti siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək.

Tədbir koronavirusla mübarizə qərargahının sağlamlıq protokollarına uyğun həyata keçiriləcək. Tədbir İranın Dövlət Televiziyası ilə canlı yayımlanacaq.

Son xəbərlər
Digər xəbərlər