İrəvanla Tehran arasında bağlanmış “elektrik enerjisi müqabilində qaz” sazişinin həcmi artırılıb və müddəti 2030-cu ilə qədər uzadılıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, müvafiq sənədi “İrəvan İES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin (National Iranian Gas Company – NIGC) rəhbəri Məcid Çegeni imzalayıblar.
Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb, çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır.