13 C
Baku
Friday, April 26, 2024

İraq 2022-ci ildə neftin qiymətinin $70 olacağını proqnozlaşdırdı

2022-ci ilin birinci rübündə neftin qiyməti 70 dollar / barrel civarında olacaq.

Banker.az “Forbes”ə istinadən xəbər verir ki, bu barədə bazar günü İraqın neft naziri İhsan Əbdül Cabbar məlumat verib.

Nazirin sözlərinə görə, qiymətə “OPEC+” müqaviləsi çərçivəsində hasilatın artırılması, o cümlədən koronavirus pandemiyasından sonra tələbatın yüksəlməsi təsir edəcək. “Dünya iqtisadiyyatı bərpa olma mərhələsindədir”, – deyə Cabbar qeyd edib.

O, “OPEC+” ölkələrinin oktyabrın 4-ü keçiriləcək növbəti iclasda neft hasilatını artırmaq planı ilə bağlı vahid fikir söyləməyin hələ tez olduğunu vurğulayıb. İhsan Əbdül Cabbarın fikrincə, ölkələr “bazardakı vəziyyəti müzakirə etdikdən sonra” qərar verəcək.

Xatırladaq ki, “OPEC+” ölkələrinin sentyabrın 1-i keçirilən iclasda neft hasilatını gündə 400 min barrel artırmaq qərarı qəbul edilmişdi. Bu xəbərin fonunda “Brent” markalı neftin qiyməti 71.41 dollar səviyyəsinə düşmüşdü. Lakin sentyabrın 15-i qiymətlər yenidən 76 dollardan yuxarı qalxıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər