26 C
Baku
Saturday, April 20, 2024

İraq iri neft yatağından hasilatı təmirə görə dayandırır

İraq müvəqqəti olaraq Qərbi Qurna-2 neft yatağının ən tez halda martın 2-nə qədər  fəaliyyətini dayandırır.

Banker.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə həftənin cümə günü dövlət neft rəsmləri bildirir.

Dövlət rəsmisi bildirib ki, yeni quyularda işlər və yeni boru kəmərlərinin birləşdirilməsi kimi məsələlərə görə neft sahəsinin fəaliyyətii dayandırılır.

Adının Reutersə açıqlanmasını istəməyən dövlət rəsmisi əvvəlcə mart ayının 2-nə qədər neft hasilatının həmin sahədə bərpa ediləcəyini bildirsədə bunun hətta martın 10-a qədər uzadıla biləyini bildirib.

Qərbi Qurna-2 günlük ifadədə 400 000 barrel neft hasil edilən yataqdır. İraq özü isə OPEC-də S.Ərəbistanından sonra ikinci ən böyük neft hasilatçısıdır. Neft sənayesi göstəricilərinə görə, anvar ayında İraqdan xaricə günlük 3.2 mln. barrel neft ixrac edib.

Yeri gəlmişkən, OPEC və onunla eyni alyansda olan ölkələr yay ayına qədər neft hasilatını gündəlik ifadədə hər ay üçün 400 000 barrel artırmaqla hazırda bərpa olunan bazara adekvat reaksiya verirlər.

Bütün bunlar fonunda, hazırda Rusiya-Ukrayna müharibəsi ilə enerji təchizatı zəncirini qırıla bilmə ehtimalları ilə Brentin qiymətində böyük volatellik müşahidə edilir. Ötən gün 2014-cü ilin avqustundan bu tərəfə ilk dəfə 105 dollara qədər artım yaşadı. RF-nin enerji sektoruna hər hansısa Qərbdən sanksiya tətbiq etməməsi neftin qiymətini korreksiya etdi. Artıq 94-99 dollar/barrel ilə ticarət olunur.

Dövlət rəsmləri Reuters-ə deyir ki, ölkə bu çatışmamazlığı ödəyə biləcək.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər