İraq ölkənin şimalında istehsalatda baş vermiş fasilələri kompensasiya etmək üçün ölkənin cənubunda yerləşən Basra əyalətində neft hasilatını sutkalıq 200 min barrelə qədər artırıb.
Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bunu əyalətin idarəedici şurasının Energetika komitəsinin sədri Ali Shadad al Fares deyib.
“Basra əyaləti şimalda istehsalatda baş vermiş fasilələri kompensasiya etmək üçün neft hasilatını sutkalıq 200 min barrelə qədər genişləndirib” – deyə komitə sədri qeyd edib.
Qeyd edək ki, neft hasil edən İraq kürdistanında 25 sentyabr tarixində müstəqillik uğrunda referendum keçirildi. Kürdistan Referendum və seçki üzrə müstəqil komissiyasının məlumatlarına görə İraqdan müstəqillik almaq üçün seçicilərin 92,7%-i səs verib. İraq rəhbərliyi isə öz növbəsində sözügedən bu referendumu qanunsuz elan edib və muxtar hökumət ilə səsvermənin nəticələrinə dair danışıqlar aparmaq niyyətində olmadığını bildirib.







