17 C
Baku
Monday, April 15, 2024

İraq Kürdüstan Regionunun başçısı Azərbaycanda səfərdədir – Yenilənib

11:45

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

11:29

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana səfərə gəlib.

Bu barədə İraq Kürdüstan Regionunun KİV-ləri məlumat yayıb.

Səfər zamanı Azərbaycanla ikitərəfli münasibətlərin və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf yollarının müzakirə ediləcəyi gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər