26 C
Baku
Saturday, July 27, 2024

İraq və Kürdistan münaqişəsi neft qiymətini 60 dollara yüksəldə bilər

Banker.az xəbər verir ki, rusiyalı iqtisadi ekspertlərin fikrincə, İraq və kürd regionu arasında yaşanan münaqişə neft qiymətlərinin 1 barrelə görə 60 dollardan yuxarı qalxmasına gətirib çıxara bilər.

Lakin bu artım neft bazarında ciddi narahatlıqlara səbəb olmayacaq.

Bununla belə, analitiklər neft alıcıları üçün də heç bir problem proqnozlaşdırmır. Belə ki, qlobal bazarda tədarük həcmi çox olduqda istehlakçılar yeni xam məhsul təminatçısı tapa bilərlər.

Neft hasil edən İraq kürdistanında 25 sentyabr tarixində müstəqillik uğrunda referendum keçirildi. Kürdistan Referendum və seçki üzrə müstəqil komissiyasının məlumatlarına görə İraqdan müstəqillik almaq üçün seçicilərin 92,7%-i səs verib. İraq rəhbərliyi isə öz növbəsində sözügedən bu referendumu qanunsuz elan edib və muxtar hökumət ilə səsvermənin nəticələrinə dair danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

Son xəbərlər
Digər xəbərlər