21 C
Baku
Thursday, April 25, 2024

İraqda yeni Baş Nazir seçilib

İraqın yeni Baş Naziri Mustafa Əl-Kazimi və 15 nazirdən ibarət olan kabineti parlament tərəfindən təsdiq olunaraq vəzifəsinin icrasına başlayıb.

İraqın xüsusi xidmət orqanına rəhbərlik edən M.Əl-Kazimi parlamentdə çıxışında Baş Nazir vəzifəsində xalqı ləyaqətlə təmsil edəcəyinə söz verib. O, İraqdakı siyası qüvvələri birləşməyə və ümumi xarakter daşıyan problemləri birgə həll etməyə çağırıb. Dövlətin suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün birliyin zəruri olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, İraqdakı hökumət böhranı uzun zamandır ki, dünya mətbuatının gündəmindən düşmür. İraqın yerli mətbuatı isə bildirir ki, yeni Baş Nazir ilk növbədə koronavirusa qarşı tədbirlər hazırlayıb həyata keçirməli və ABŞ-ın hərbi hissələrinin ölkədən çıxarılması problemini həll etməlidir.

Xatırladaq ki, İraqda hökumət böhranının yaranmasının əsas səbəbi ABŞ qoşunlarının ölkədən çıxarılması məsələsi olub. Cari ilin yanvar-fevral aylarında hər gün İraqda kütləvi aksiyalar keçirilirdi. Bağdadda, Tikrittə, Mosulda, Nəcəfdə və başqa şəhərlərdə keçirilən aksiyalarda əhali ABŞ qoşunlarının ölkədən çıxarılmasını tələb edirdi. Aksiyalar zamanı polis ilə toqquşmada 100-dən çox adam həlak olub.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər