OPEC ölkələri bazarları qorumaq üçün müəyyən edilmiş istehsal məhdudiyyətlərinə əməl etsələr, ilin ikinci yarısında dünya bazarında neft qiymətləri bir barel üçün 68-75 dollar arasında dəyişəcək. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri İhsan Əbdül Cabbar bildirib.
Nazir planda İraq və Amerikanın neft və qaz nəhəngi “Exxon Mobil” üçün ortaq maraq kəsb edən “yeni layihələr”in olduğunu da qeyd edib.
Xatırladaq ki, aprel ayında İraq höküməti şirkətin ölkənin ən böyük neft sahələrindən biri olan “Qərbi Qurna-1″dəki payını satmağa qərar verdiyini açıqlayıb. Nazir “Exxon”un ölkə iqtisadiyyatına yatırımını davam etdirəcəyini gözlədiyini də söyləyib.