12 C
Baku
Tuesday, May 7, 2024

İraqın Vergi Administrasiyasına məxsus 2.5 milyard dollar oğurlanıb

İraqın hüquq-mühafizə orqanları dövlət banklarının birindən Baş Vergi Administrasiyasına məxsus 2.5 milyard dollar vəsaitin yoxa çıxmasını araşdırır.

Faktla bağlı istintaqa cəlb olunan şəxslərin adları açıqlanmır. Məsələ ilə bağlı Maliyyə Nazirliyi də daxili yoxlama aparır.

İstintaqın məlumatına görə, Baş Vergi Administrasiyasının Əl-Rafidain bankındakı hesabdan 3.7 trilyon dinar (2.5 milyard dollar) oğurlanıb.

Baş nazir Məhəmməd Şiə əl-Sudani də oğurluğu törədənlərin tezliklə tapılıb cəzalandırılacağını bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər