7 C
Baku
Thursday, December 12, 2024

İraqlı nazir: “OPEC+” ölkələrinin neft hasilatını azaldacağı barədə danışmaq hələ tezdir”

İyunun 4-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasdan əvvəl “OPEC+” ölkələrinin neft hasilatını sutkada 1 milyon barel azaldacağı barədə danışmaq tezdir.

Bunu İraqın neft naziri Hayan Abdel Qani bildirib.

2022-ci ilin oktyabrında “OPEC+” ölkələri hasilatı həmin ilin noyabrından sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəlib. Eyni zamanda, bu il aprelin 2-də bir neçə “OPEC+” ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatını könüllü olaraq əlavə azaldacaqlarını elan edib.

Son xəbərlər
Digər xəbərlər