İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə 23.2 milyon manat vergi borcu var

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin vergi borcu 23 152 960.5 manatdır.

“İri Şəhələrin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi (İSST)  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki 5 publik hüquqi şəxsdən biridir, 6 iri şəhərə- Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Naxçıvana xidmət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər