Serbiya parlamenti buraxılıb.
Banker.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.
Fərmanda 2023-cü il dekabrın 17-də seçilmiş Serbiya Assambleyasının buraxıldığı bildirilir.
O, qərarı Serbiya hökumətinin 7 sentyabr tarixli əsaslandırılmış təklifi əsasında verib.
Qeyd edək ki, A.Vuçiç dünən Serbiya Radio və Televiziyasının efirində parlamentin buraxılacağını və oktyabrın 25-də növbədənkənar seçkilərin keçiriləcəyini açıqlamışdı.







