8 C
Baku
Tuesday, March 19, 2024

İrlandiya maliyyə naziri Avropa Qrupunun yeni prezidenti seçilib

İrlandiya maliyyə naziri Paskal Donohyu 19 üzvlü Avropa Qrupunun (avrozonanın Maliyyə Nazirləri Şurası) prezidenti seçilib.

Bu barədə o, Avropa Qrupunun iclası zamanı “Twitter” hesabında paylaşıb.

Məlumata görə, qurumun prezidentliyinə P. Donohyudan başqa Lüksemburq Maliyyə naziri Pierre Gramegna və İspaniyanın İqtisadiyyat və Rəqəmsal Çevrilmə naziri Nadya Kalvinyo da namizədliklərini açıqlamışdılar. İrlandiya Maliyyə naziri Avropa Qrupuna sədrliyini iyulun 13-də portuqallı Mariu Sentenudan təhvil alacaq.

Belə ki, Avropa Qrupuna prezident seçkiləri Avropa İttifaqında (Aİ) koronavirus pandemiyasının təsiri, yüksək dövlət xərcləri və borclarının müzakirə edildiyi, iqtisadi bərpa üçün maddi yardım paketlərinin müzakirə edildiyi bir vaxtda reallaşdırılıb.

Qeyd edək ki, Avropa Qrupun iclaslarında ortaq valyuta olaraq avronu istifadə edən 19 Aİ ölkəsi ilə yanaşı, Aİ-nin İqtisadiyyat üzrə komissarı və Avropa Mərkəzi Bankının (ECB) prezidenti kimi vəzifəli şəxslər də iştirak edirlər.

Aİ-da maliyyə siyasətini əlaqələndirmək üçün qurulan Avropa Qrupunun iclası, ayda bir dəfə qurumun İqtisadi və Maliyyə Məsələləri Şurasının (ECOFIN) iclasından əvvəl reallaşdırılır.

Son xəbərlər
Digər xəbərlər