23 C
Baku
Friday, April 26, 2024

İşə götürən kimi fikirləşməyi öyrənək

İşə qəbul olmağın şanslarını yüksəltmək üçün işə götürən kimi düşünməyi cəht edək. Personal üzrə menecer nələrə diqqət yetirir, o, nə haqqda fikirləşir?

Az  vaxt, çox namizəd

Personal üzrə menecer namizədlərin seçiminə özünə məxsusu şəkildə yanaşır. Bir vakansiyaya bir neçə tərcümeyi- hal gələ bilər. İşə götürən isə vakansiyanı qısa bir zamanda bağlamalıdır. Buna görə işə götürənlər seçimin ilk mərhələsində tərcümeyi- hallara qısa bir zamanda nəzər gəzdirirlər. Aydındır ki, menecerin diqqətini cəlb etmək üçün sizi  çox yaxşı tərcümeyi- halınız olmalıdır. Sizin tərcümeyi- halınız qarışıq, qəliz deyil, asan oxunulan olmalıdır.

Auditoriyanı tanımaq

Personal üzrə menecerlər adətən müxtəlif ixtisaslara namizədləri seçirlər və hər zaman öz sahələrində mütəxəssis olmurlar. Buna görə çalışın ki, yalnız professional terminlərdən istifadə etməyəsiniz. Öz təcrübənizi və bacarıqlarınızı təsvir edərkən asan başa düşülən sözlərdən istifadə edin. Həmçinin tərcümeyi- halınıza nailiyyətlərinizi də əlavə edin. İlkin seçim mərhələsindən sonra sizin tərcümeyi- halınızı artıq bir mütəxəssis qiymətləndirəcək və siz layiq olduğunuz diqqəti görəcəksiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər