-3 C
Baku
Sunday, December 15, 2024

İş adamı Tağıyev Əhmədin İrandan gətirdiyi 24 tona yaxın kartof məhv edildi

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən fiziki şəxs Tağıyev Əhməd Şəmistan oğlunun İran İslam Respublikasından idxal etdiyi ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Müayinələr nəticəsində idxal edilmiş 23700 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən fitopatogen bakteriyalar – kartofun qonur çürüməsi (ralstonia solanacearum) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sınaq nəticəsi uyğunsuz çıxmış ərzaqlıq kartof məhsulunun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. İstehlaka yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib.

11

16806099222 jpeg

Son xəbərlər
Digər xəbərlər