İstanbul şəhərində helikopter qəzaya uğrayıb.
Twrkiyənin “Hürriyet” qəzeti xəbər verir ki, hadisə nəticəsində OTOKAR-ın İdarə Heyətinin üzvü Halil İbrahim Ünver və pilot İsmet Özgür müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, helikopter Halil İbrahim Ünverə məxsus “Ünver Havacılık” şirkətində qeydiyyatdadır və Kartaldan Sefaköyə uçurmuş. Helikopterin ildırım vurması nəticəsində qəzaya uğradığı iddia edilir.