8 C
Baku
Friday, March 29, 2024

İş adamının uşaqları bir saatın içində milyarderə çevrilib. Necə?

Rusiyalı iş adamı Aleksey Mordaşev “Nordgold” qızıl mədən şirkətinin səhmlərini uşaqlarına təhvil verib. Nəticədə onlar bir saatın içində milyarderə çevriliblər və hər birinin varidatının dəyəri 1.77 milyard dollar qiymətləndirilib.

Bununla da Rusiyada milyarderlərin sırasına daha ikisi əlavə edilib. Avqustun 25-də məlum olub ki, “Severstal”ın əsas sahibi Aleksey Mordaşov ikinci evliliyindən olan 20 yaşlı Kirillə və 19 yaşlı Nikitaya “Nordgold” qızıl mədən şirkətinin 65% səhmlərini verib. “Forbes” jurnalı səhmlərin dəyərini 2.4 milyard dollara qiymətləndirib.

“RBC” agentliyi yazır ki, Mordaşovun övladlarına əmanət olunan miras “KN- Holding” şirkətinə məxsusdur, səhmlərin dəyərinin bərabər olması (hər birinə 50%) və hər birinin pulunun dəyəri 1,2 milyard dollar qiymətləndirilə bilər.

Bununla yanaşı, 2019-cu ilin iyun ayında Aleksey Mordaşov “TUI AG” turoperatorunun 25%lik payına sahib olan “Unifirm Ltd”nin 65%-ni də övladlarına əmanət edib. Beləliklə, Kiril və Nikitanın var-dövlətinin ümumi dəyəri 3,54 milyard dollar, hər birinin isə ayrı-ayrılıqda 1,77 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər