26 C
Baku
Saturday, July 27, 2024

İSB-nin Himayəçilər Şurasının üzvləri yeniləndı

5 noyabr 2016-cı il tarixində “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı növbəti yığıncaq keçirilib. Bu barədə Banker.az-a Bürodan məlumat  daxil olub.

İcbari Sığorta Bürosunun Nizamnaməsinin 6.2-ci və 11-ci bəndlərinə uyğun olaraq Büronun Himayəçilər Şurasının üzvlərinin təyinat müddəti bitdiyi səbəbindən Büronun iştirakçı sığorta şirkətlərindən “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Kərim qızı Cabbarova, “Axa Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Lana Çingizovna Gözəlova  və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Tələt Abbasqulu oğlu Səfərov Himayəçilər Şurasının üzvləri seçilmiş, həmçinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və İcraat Departamentinin Hüquqi Təminat İdarəsinin rəisi Nurlan Babayev və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji Xidmətlər Departamentinin Strateji Təhlil və Risklərin İdarəedilməsi İdarəsinin böyük analitiki Orxan İsmayılov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvlərinin tərkibinə növbəti 5 il müddətinə  təyin edilmişdir.

Son xəbərlər
Digər xəbərlər