14 C
Baku
Thursday, May 2, 2024

İşçi axını artıb: Ölkə üzrə bank işçilərinin 16% Kapital Bank-da çalışır

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” ASC-nin işçi heyətinin iyul ayının 1-nə olan sayı açıqlanıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Bankın iyun ayının sonunda məlum olub ki, ümümilikdə 2 641 nəfər heyətə malikdir. Bu da onu göstərir ki, Banka təkcə bu ilin ilk yarımilliyində 128 nəfər işçi qatılıb. İllik isə bu artım 231 nəfərdir. Maliyyə Bazarlarına Nəzrət palatasının həmin iyul ayının 1-nə olan statistikasına baxdıqda görürük ki, ölkədə ümumilikdə 16 737 nəfər bank işçisi va. Bu da Kapital Bank-ın ölkədəki bu sektordakı işçi heyətinin 15,78%-nə sahib olması deməkdir. Bir faktı da qeyd edək ki, ötən ilin analoji dövründə bu rəqəm 14,97% idi.

Bildirək ki, bu bank sentyabrda mətbuat xidmətindən açıqlamışdılra ki, bank yeni karyera başlayanlar və eləcə də bank işi üzrə inkişaf etmək istəyənlər üçün ayrıca akademya açıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər