25 C
Baku
Saturday, July 27, 2024

İşdən zövq almağın yolları

Günə 15 dəqiqəlik pozitivlə başla: Hər şeydən əvvəldən notlar üzrə davam etsə işdə keçən saatlarda qaydasına düşəcək. Bunun üçün beyində müsbət fikirlər “kitabxanası”na sahib olmaq lazımdır. Bu günü istədiyiniz kimi rəngləmək imkanı verəcək. Buna görə də hər günü sevdiyiniz kitabdan bir hissə oxuyaraq başlayın. Beyin üçün qida inanılmaz müsbət təsirə malikdir.

İşi öz həyat məqsədlərinlə birləşdir: Özünüzün belə bir sualına cavab verin: nəyə görə hər səhər bu iş üçün zəngli saatın şirin yuxunuzu bölməsinə razı olursunuz? Ola bilsin ki, bu işlə yaxşı pullar, inkişaf etmək imkanı və uğurlu karyera qazanırsız. Motivasiyanız nə olursa olsun, yadda saxlayın ki, bu iş günü – məhz bu gün öz əsas arzularınız və məqsədlərinizə bir addım daha yaxınlaşmaq üçün ən mükəmməl vasitədir.

Gülümsəyin, cənablar!

Təbəssüm – istənilən danışıqlar zamanı ən əsas silah və yaxşı əhval-ruhiyyə üçün gözəl stimulyatordur.

Mənfi təsir bağışlayan insanlardan uzaq olun:

Ətraf mühitimiz bizə birbaşa təsir edir. Əlbəttə ki, özümüzü daim heç də xoş təsir bağışlamayan insanlarla ünsiyyətdən çəkindirə bilmirik. Bununla yanaşı, onlarla söhbət zamanı onların mənfi aurasının sizə təsir etməsinə imkan verməyin. Onların əksinə olaraq onlarla xoş, mehribancasına davranın. Bu hər iki tərəfin xeyrinə olacaq.

Fasiləsiz olaraq işə ilişib qalmayın:

Uzun müddət hər hansısa tapşırıq, yaxud hesabat arxasında hətta bir fincan çay içmək üçün belə fasilə etmədən işləmək yorucu və darıxdırıcı olmaqla yanaşı, həm də məhsuldar deyil. Hər bir insana gün ərzində həm qısa (çay və yaxud qəhvə üçün 10 dəqiqə), həm də uzun müddətli fasilə (nahar fasiləsi) vacibdir.

Sakitləş və dincəl:

İş günü bitər-bitməz asudə vaxtınızı həqiqətən sevdiyiniz məşğuliyyətlərlə zəngin edin. Qısaca desək, bütün işlə bağlı problemləri bir kənara qoyun və pozitiv enerji qazanmağa çalışın. Bunun üçün hər kəsin öz üsulu var. Burada əsas ortaq tapşırıq işi qapı arxasında qoymaqdır.

Son xəbərlər
Digər xəbərlər