12 C
Baku
Friday, March 29, 2024

İşdə baş verən mübahisələri necə yoluna qoymaq olar?

İş zamanı baş verən mübahisələr işdə tez-tez rastlaşdığımız hadisələrdəndir. Bəzi psixoloqlar yaranmış vəziyyətdən qalib olaraq çıxmaq üçün məsləhətlər verirlər, lakin unutmaq lazım deyil ki, yaranmış ziddiyyətin nə qalib nə də məğlub tərəf üçün heç bir faydası yoxdur.

Münaqişələr hər iki tərəfin əqli və fiziki gücünü yox edən psixoloji sarsıntılara səbəb olur. Bununla bağlı olaraq mübahisə zamanı qarşı tərəf haqlı da olsa onunla birbaşa qarşıdurmalardan uzaq durmağa çalışın. Hər halda yeni bir düşmənin daha qazanılması sizə lazım deyil.

İş zamanı baş verən mübahisələrin əsas səbəbi şəxsi mənafelər, hisslər (paxıllıq, aqressiya, mənsəbpərəstlik və s.) və əməkdaşların ədalətsiz əmək bölgüsüdür.

Əgər mübahisə artıq baş veribsə, onda sizin psixoloji təhlil aparmağınız üçün soyuqqanlı və sakit davranmağınız lazımdır. Hər şeydən əvvəl bütün baş verənlərin əsl səbəbini anlamağa çalışın. Kimin günahkar olmasını müəyyən edin. Təşəbbüskar sizsinizsə özünüzə aydınlaşdırmağa çalışın ki, sizi qarşıdakı insanda nə qane etmir. Əgər problemin köklərini tapa bilsəniz yaranmış vəziyyəti daha yaxşı anlaya biləcəksiniz. Ola bilsin ki, bu sizə gələcəkdə də belə hadisələrin baş verməsinin qarşısını almağa kömək edəcək.

Yox, əgər mübahisənin təşəbbüskarı qarşı tərəfdirsə onda düşünün ki, qarşıdakı insanı sizinlə bağlı narahat edən nədir. Və bundan sonra sizin hərəkətlərinizdən narahat olan tərəfdaşınızın emosiyalarına toxunmamağa cəhd edin. Məsələn, əgər o sizin aldığınız əmək haqqına paxıllıq edirsə, onda gələn dəfə elə edin ki, o sizin nə qədər əmək haqqı aldığınızı bilməsin.

Aşağıdakı məsləhətlərdən istifadə edərək mübahisəni başlamamışdan həll edə bilərsiniz:

  • Əgər kimsə sizə kinayəli sözlər deyirsə eşitməməzlikdən gəlin. Və yaxud da özünüzü çox şən göstərərək onlara eşitdiyiniz sözləri zarafat kimi qəbul etdiyinizi göstərin.
  • Əgər təhdidlər sizin qəzəbli direktorunuzdan gəlirsə, onda ən yaxşısı günahınızı boynunuza alıb, bunun bir daha təkrarlanmayacağına söz verəsiniz. Çünki günahınızı etiraf etdikdə artıq sizə təhdidlər yağdırmaq onun üçün maraqlı olmayacaq. Belə halda sizin də vəziyyətiniz daha rahat olacaq, çünki rahatlıqla günahınızı etiraf etmək, böyük əziyyətlə günahsız olmadığınızı sübut etməkdən daha asandır.
  • Dostlarınızla ehtiyatlı olun, çünki ən yaxın tanışlarınızın belə beynində sizin haqqınızda məkrli fikirlər ola bilər və ən uyğun bir zamanda onlar sizi çətin vəziyyətdə qoya bilərlər.
Son xəbərlər
Digər xəbərlər