15 C
Baku
Tuesday, April 30, 2024

İşdə kömək olacaq PİS vərdişlər

Bizlərdən hər birimiz iş müddətində hər hansı kənar məşğuliyyətlərə aludə oluruq. Məsələn, iş yoldaşlarımızla uzun müddət söhbət edir, öz şəxsi problemimiz ətrafında düşüncələrə dalır və yaxud da sosial şəbəkələrdəki hesablarımızı nəzərdən keçiririk. Lakin bütün bunlar bizi işdən yayındırmaqla yanaşı iş məhsuldarlığımızı da artıra bilər.

Bütün bu pis vərdişlərinizdən PİS məqsədlə istifadə etmədiyiniz təqdirdə, əksinə onlar sizə xeyir gətirə bilər. Bəs necə?!

İş masanızda “yaradıcı səliqəsizlik” yaradın:

Lakin bu o demək deyil ki, masanızın üzəri jurnallar, sənədlər, qəbzlər və s.bu növ əşyalar tərəfindən zəbt edilməlidir. Əksinə, çalışın masanızın üzərində daim yaradıcı mühit yaradan kiçik sevimli əşyalar, rəngli qələmlər, kiçik suvenirlər və s. olsun.  Bu formada yarı boş masadan daha məhsuldar işləyəcəksiniz. Lakin ifrata varmayan. Unutmayın ki, yaradıcı səliqəsizlik xaos demək deyil.

Sosial şəbəkələrdə paylaşım edin:

Əgər hazırda işlədiyiniz layihə ilə bağlı yeni ideyalarınız və yaxud xəbərləriniz varsa bununla bağlı paylaşımlar edin. Bu sizin xeyrinizə olacaq. Bununla bu layihədən yayınmanız bir az çətin olacaq. Çünki artıq bir çox dostlarınız da bu layihədən xəbərdar olacaq və daim sizdən yenilik gözləyəcək.

YouTube-da videolar izləyin:

Növbəti dəfə iş yoldaşlarınızdan kimsə sizə əyləncəli video göndərdikdə onu vicdan əzabı ilə deyil, rahatlıqla izləyin. Bir çox araşdırmalar sübut edir ki, gün ərzində əyləncəli videolar izləmək əhvalınızı qaldırır və özünüzü yaxşı hiss etməyinizə səbəb olur. Bu növdə olan video çarxları izlədikdən sonra daha sakit, əmin və böyük məhsuldarlıqla izləyə bilərsiniz.

Əsəbinizi biruzə verin:

İsveç alimləri sübut etmişlər ki, rəhbərlik və yaxud digər əməkdaşlar tərəfindən ədalətsiz davranış ilə üzləşən insanlar öz qəzəbini boğduqda belə insanlarda ürək tutmaları riski 2 dəfə artır.

Şərqi İngiltərə universitetinin tədqiqatçıları isə belə nəticəyə gəlmişlər ki, işdə hiddəti biruzə verməklə əməkdaşlar stressin öhdəsindən daha yaxşı gəlirlər. İşdə yaranan mübahisələr isə komanda ruhunu möhkəmlədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər