23 C
Baku
Saturday, April 20, 2024

İşdə uğur qazanmağın yolları

Hər birimiz öz fəaliyyət sahəmizdə böyük uğurlara sahib olmaq istəyirik. Məlumdur ki, əmək sahəsində əldə edilən uğurlar təkcə yüksək gəlirlərlə kifayətlənmir. Bu həmçinin insanların özünə inamını da artırır.

Bəs yaxşı nəticələr əldə edib, işlərimizin qaydasında getməsi üçün hansı prinsiplər mövcuddur. Bu məqalədə bir neçə lazımlı məsləhətlər verilmişdir və ümid edirik ki, bunlar karyeranızın yüksəlməsinə köməklik göstərəcək.

1.Ətrafınızdakı insanlardan üstün olmaq üçün mübarizə aparın

Əgər işiniz ticarət, istehsalat və yaxud xidmət sahəsindədirsə siz daima insanların əhatəsində olacaqsınız. Ətrafınızdakı insanlarla “dil tapmaq” sizin uğurlu karyeranız üçün mütləqdir. Çox da eqoist olmayın. Fərdi psixoloq olmağa çalışın və yalnız öz xeyrinizi deyil, başqalarının maraqlarına da önəm verin. Bu növ davranış tərzi həmkarlarınızda sizə qarşı hörmət hissi yaradacaq.

Və əksinə, kollektivdəki ziddiyyətlər sizdə mənfi emosional hisslər yaradaraq sizin bütün fiziki və əqli gücünüzü aparacaq. Bu da əsas işdən yayınmanıza səbəb olacaq. İlk baxışdan bu sizin xeyrinizə kimi görünməsə də münaqişə zamanı güzəştə getməyə çalışın. Gec və ya tez bumeranq prinsipinə əsasən insanların xoş məramı sizə tərəf yönələcək.

Heç bir halda həmkarlarınıza həsəd aparmağa çalışmayın. Psixologiyadan da məlumdur ki, paxıllıq hissi insanı məhvə aparan emosional hissdir. Bunun əvəzinə rəqibinizi öz işinizdəki uğurlarla məğlub etməyə çalışın.

2. Öz iş şəraitinizi mümkün qədər rahat formada qurun

Kollektivlə olan münasibətləri yoluna qoyduqdan sonra iş şəraitiniz barədə düşünün. Sizi rahatladan və fikrinizi işinizə yönəldə biləcəyiniz bir mühit yaratmağa çalışın. Buna divar kağızlarını dəyişməklə, işıqlandırma və səs izolyasını tənzimləməklə, yaxud da ofisə lazımlı məişət əşyaları və ofis texnikası almaqla başlaya bilərsiniz. Çünki ofisiniz sizin ikinci evinizdir. İşə gedərkən elə təəssürat yaradın ki, sanki hər hansı bir bayrama gedirsiniz. Rahat iş şəraiti sözsüz ki, sizin iş fəaliyyətinizi artıracaqdır.

3. Məqsədyönlü və əməksevər olun

İşinizi necə gəldi etməyə çalışmayın. Bir çox məşhur insanlar işində uğur qazanmaq üçün çox işləmişlər. Necə deyərlər “İşləməyən, dişləməz”.
Hər kəsə böyük uğur əldə etmək şansı qismət olmur. Bir çox insan əməksevərliliyi və səbri nəticəsində öz məqsədlərinə nail olur. Başladığınız hər hansı bir işi uğurla sona çatdıra bilməməyiniz sizin hələ bacarıqsız olduğunuz demək deyildir. Mütləq səhvlərinizi göz önündə tutaraq cəhdlərinizi davam etdirin. Və təbii ki, əgər cəhdləriniz buna dəyərsə. Unutmayın ki, hər kəs səhv edə bilər.

4. Özünüzü reklam etməkdənsə peşəkarlığınızı artırın

Bəzi işçilər öz bacarıqlarını daim rəhbərliyə nümayiş etdirməyə və yaxud da maaşların arıtırılmasını istədiklərini bildirməyə çalışırlar. Ümumiyyətlə bu cür davranış tərzi adətən rəhbərliyin heç də xoşuna gəlməyən haldır və karyeranızın yüksəlməsində heç bir faydası yoxdur.
Digər tərəfdən rəhbərlik işçilərinin öz işlərinin öhdəsindən necə yaxşı gəldiyinin və öz bacarıqlarının yeni mərhələyə keçdiyinin şahidi olduqda çox şad olacaqlar. Və hətta bu rəhbərlik tərəfindən maaşınızın artırılmasına səbəb olan amillərdən biridir.

5. İşinizi maksimum dərəcədə aydın şəkildə həyata keçirməyə çalışın

Hər hansı bir işə başlamazdan əvvəl layihənizin sonda nə ilə nəticələnəciyini təxmin etməyə çalışın. Sadəcə iş xətrinə işləmək lazım deyil. Uzaqgörən olmağa çalışın. Məntiqi düşüncənizin köməkliyi ilə başlanılan işin nə ilə nəticələnəcəyini və nələrə səbəb olacağını aydınlaşdırmağa çalışın. Bu üsul bir çox hallarda mövcud nöqsanlardan xilas olmağa və pulunuza qənaət etməyə kömək edəcək. Məsələn düşünərək nəticə çıxara bilərsiniz ki layihənizin perspektivi azdır və onunla məşğul olmağa dəyməz.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər