12 C
Baku
Wednesday, December 11, 2024

İşgüzar səfərlərin təşkili xidməti $5 mlrd. qiymətləndirmə ilə $155 mln. cəlb edib

Amerikanın işgüzar səfərlərin təşkili xidməti olan “TripActions” 5 milyard dollar qiymətləndirmə ilə 155 milyon dollar cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, maliyyə raunduna “Andreessen Horowitz” və “Addition Ventures” fondları, o cümlədən sahibkar Elad Hill rəhbərlik edib.

“TripActions” toplanan vəsaiti öz məhsullarına xərcləməyi planlaşdırır: 2020-ci ilin fevralında şirkət “Liquid” korporativ kredit kartı xidmətini başlatmaq üçün 500 milyon dollar investisiya cəlb etmişdir. Startapın nümayəndəsi bu layihə üzərində çalışmağa davam edəcəyini söyləyib.

2019-cu ilin ortalarında şirkət 4 milyard dollar qiymətləndirmə ilə 250 milyon dollar toplasa da, pandemiya səbəbindən 2020-ci ilin martında bir sıra çətinliklərlə üzləşib. Belə ki, “TripActions” 300-dən çox işçini işdən çıxarıb ki, bu da ümumi ştatın dörddə birini təşkil edir.

“TripActions” “qətiyyətlə” korporativ səyahətlərin 2021-ci ildə geri dönüş edəcəyinə inanır – 100% olmasa da, 75% mümkündür. Şirkət həmçinin ayrıca müxtəlif şəhər və ölkələrdən distant çalışan işçilər üçün yeni xidmət yaradacağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər