25 C
Baku
Saturday, April 20, 2024

İşimizə niyə nifrət edirik…

Hazırda iş mühiti çətin və qeyri-sabitdir. Müxtəlif şirkətlərin əməkdaşlarını birləşdirən ortaq cəhət mənfi düşüncələr və emosiyalardır. Optimist olmaq və hadisələrə müsbət prizmadan yanaşmağı heç də hamımız bacarmırıq. Lakin həyatımızı daha da çıxılmaz vəziyyətə salmaq lazım deyil. İş həyatımızın böyük bir hissəsini əhatə edir. Bu səbəbdən də, ona nifrət etmək yox, ondan zövq almağa çalışaq.

Hər gün etməli olduğumuz işimizə asanlıqla nifrət edə bilərik və işi nə qədər çox nifrət etsək, bir o qədər çox “dözülməz cəhənnəmə” çevriləcək.

Bəs bizdə işimizə qarşı nifrət doğuran amillər hansılardır:

İşdə baş verən mənfi hadisələrə ilişib-qalmaq: Gərginlik hər bir iş üçün xasdır. Lakin daim mənfi hadisələrə köklənməklə istənilən iş “cəhənnəmə” çevriləcək.

Sabitliyə uyğunlaşmaq və keçmişlə yaşamaq: İstənilən şirkət canlı orqanizmdir – yeni insanlar gəlib-gedir, mühit dəyişir, bir çox hallarda müdirin istəkləri ön plana keçir. Bir çox əməkdaşlar dəyişikliklərə asanlıqla uyğunlaşa bilmir və işdə keçirdiyi hər bir an üçün narahatlıq hissi keçirir. Bununla üzləşməmək üçün yeni gələn əməkdaşları da qəbul etməyə çalışmaq lazımdır. Hər şeyə müsbət yanaşmağa çalışın. Bəlkə də hər şey siz düşündüyünüz qədər pis deyil.

Heç kimə lazım olmayan qurbanlar vermək: Hər birimiz zamanla işdən gec çıxırıq, məzuniyyətdə də, iş günündə də işi yerinə yetirməyə çalışırıq. Belə qurbanlar verməmişdən öncə düşünün: Bu kimə və nəyə görə lazımdır? Ümumiyyətlə lazımdırmı?

Bu siyahını uzatmaq da mümkündür. İş mühitinin müxtəlifliyindən asılı olaraq, işə qarşı nifrət yaradan amillər də müxtəlif ola bilər. Əgər hazırda işinizə nifrət edirsinizsə və vəziyyətdən çıxa bilmirsinizsə işdə öz işinə nifrət edən şəxsləri təyine din. Bir çox şirkətlərdə öz işinə nifrət etdiyini dayanmadan dilə gətirən insanlar var. Bununla yanaşı, onlar heç nə etməsələr də yaxşı vəzifəyə sahib olmaqla yanaşı, yaxşı da əmək haqqı əldə edirlər. Və elə insanlar da var ki, hər gün məcburən sevmədikləri işə “sürünür”, heç nəyi dəyişməyə çalışmır və “canını dişinə taxaraq” sakitcə öz işinə nifrət edir. Hansı kateqoriyaya aid olmağınız sizin özünüzdən asılıdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər