Yaponlar o qədər əməksevərdirlər ki, hətta həddindən artıq işləməkdən öz iş yerlərində dünyalarını dəyişirlər. Bu hadisə ilə əlaqədar olaraq Yaponiyada xüsusi bir termin formalaşmışdır və bu hadisə burada “karosi” adlanır. Bundan əlavə hökumət bu karosi hallarının xüsusi statistikasını aparır.
Həddindən artıq işləməkdən dünyasını dəyişmək faktı ilk dəfə rəsmi olaraq 1969-cu ildə qeydə alınmışdı. Bu zaman Yaponiya qəzet şirkətinin 29 yaşlı əməkdaşı qəfil olaraq dünyasını dəyişmişdi. 2000-ci ildə isə Yaponiyanın baş-naziri Keydzo Obuti karosidən dünyasını dəyişmişdi. O iki il bu vəzifədə çalışmasına baxmayaraq cəmi 3 istirahət gününə sahib idi.