23 C
Baku
Saturday, April 20, 2024

“İslam Bankçılığı, Maliyyəsi və Sığortası” təlim keçiriləcək

14-17 sentyabr 2018-ci ildə Bakı şəhərində Azərbaycan Bank Tədris Mərkəzinin ofisində “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” mövzusunda beynəlxalq sertifikarlı təlim keçiriləcək. Sözü gedən təlim İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin, Birləşmiş Ərəb Əmirliyi Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin, Azərbaycan Bank Tədris Mərkəzinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə əməkdaşlığı ilə həyata keçiriləcək.

Təlimdə Birləşmiş Ərəb Əmirliyi Al-Huda İslam İqtisadiyyatı və Bankçılığı Mərkəzinin ekspertləri çıxış edəcəklər.

Qeyd edək ki, beyəlxalq aləmdə tanınan AL-HUDA CİBE-nin treyninqləri Azərbaycanla yanaşı  Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, İngiltərə, İtaliya, Albaniya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Türkiyə, Çin, Yaponiya kimi ölkələrdə keçirilmiş təlimlərdə ümumilikdə dünyanın 54 ölkəsindən 10 000-ə yaxın şəxs iştirak etmişdir.

5 gün sonra ölkəmizdə baş tutacaq təlimdə, Bank of Baku, Azərbaycan Sənaye Bankı, Rabitəbank, Kapital Bank, AXA MBASK, İdeal Kredit BOKT və s ilə kimi şirkətlərdən nümayəndələr iştirak edəcək.

Treyninqdə iştirak etmək istəyən şəxslər yerli tərəfdaş olan İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinə müraciət etməlidirlər.

Maraqlananlar  ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanı ilə və ya 055-932-48-96, 070-932-42-62, 070 203 07 85, 050 531 03 81 nömrələri ilə əlaqə saxlaya bilər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər