9 C
Baku
Thursday, December 12, 2024

İslam İnkişaf Bankı Azərbaycana pul qoyacaq

Azərbaycan islam bankçılığının hüquqi bazasının hazırlanmasını sürətləndirəcək

Azərbaycanda İslam maliyyə institutlarının fəaliyyətini tənzimləmək üçün hüquqi bazanın hazırlanması İslam İnkişaf Bankı (İİB) ilə qrant sazişinin ratifikasiyasından sonra sürətləndiriləcək.

Bunu Azərbacan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin direktoru Bəhram Qurbanzadə Trend-ə açıqlamasında deyib: “İİB Azərbaycana İslam bankçılığı sahəsində qanunvericiliyin yaradılması üçün 200 min dollar məbləğində qrant təqdim etməyə hazırdır. Qrant 12 ay üçün nəzərdə tutulub”.

Onun sözlərinə əsasən, dövlət qurumları tərəfindən hələlik bu qrantla bağlı münasibət bildirilməyib və şərh verilməyib.

B.Qurbanzadə qeyd edib ki, ABB-nin nümayəndələrinin daxil olduğu işçi qrupu qanunun ilkin layihəsini hazırlayıb: “Lakin İİB-in qrantı ratifikasiya edildikdən və bu istiqamətdə bizimlə birgə işləyəcək bankın mütəxəssisləri gəldikdən sonra hökumətə təqdim olunacaq”.


ANS PRESS

Son xəbərlər
Digər xəbərlər