6 C
Baku
Sunday, December 15, 2024

İslamabad-Tehran-İstanbul marşrutu üzrə ilk yük qatarı Ankaraya çatıb

İslamabad-Tehran-İstanbul marşrutu üzrə ilk yük qatarı Ankaraya çatıb.

Ankaranın dəmir yolu vağzalında yük qatarının qarşılanma mərasimi keçirilib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, İslamabad-Tehran-İstanbul marşrutu üzrə yük daşımaları Pakistan və Türkiyə arasında dəniz daşımaları ilə müqayisədə vaxt və xərclərə qənaət baxımından daha sərfəlidir və iki ölkə arasında ticarətin inkişafına töhfə verəcək.

Pakistan, İran və Türkiyə arasında İslamabad-Tehran-İstanbul marşrutu üzrə yük qatarlarının hərəkəti dekabrın sonunda bərpa edilib. 2009-ci ildə başladılan layihə 2011-ci ildə dayandırılıb. Bu marşrut üzrə səyahət müddəti 10 gündür (dənizlə – 35 gün).

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər