13 C
Baku
Friday, April 26, 2024

İslandiya dünyanın ən təhlükəsiz ölkəsi adlandırıldı – Digərləri hansılardır?

“Global Finance” jurnalı 2019-cu il üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini təqdim edib. Rusiya KİV-lərinin məlumatına görə, mütəxəssislər 128 ölkə üçün təhlükəsizlik indeksini hesablayıblar.

Reytinqin tərtibatı zamanı hərbi münaqişənin mümkünlüyü, cinayətkarlıq səviyyəsi və vətəndaşların şəxsi təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi və təbii fəlakət ehtimalı nəzərə alınıb.

“Top-20″yə inkişaf etmiş iqtisadiyyatı və yaxşı səhiyyə sistemi olan Avropa ölkələri daxil olub. Reytinqdə birinci yerdə İslandiya qərarlaşıb. İsveçrə ikinci, Finlandiya isə üçüncü olub. Avropalı ölkələriylə yanaşı, ən təhlükəsiz 20 ölkə arasında Qətər, Sinqapur, Yeni Zelandiya və Kanada da yer alıblar.

İqtisadiyyatın yüksək inkişaf səviyyəsinə baxmayaraq, Yaponiya və ABŞ yalnız müvafiq olaraq, 43-cü və 65-ci yerdə qərarlaşıblar. Bu, Yaponiyada təbii fəlakət riskinin yüksək olması, ABŞ-da isə zorakılıqla törədilən cinayətlərin sayının çox olması səbəbindən şəxsi təhlükəsizlik səviyyəsinin az olması ilə bağlıdır.

Azərbaycan reytinqdə 71-ci yeri tutub.

Dünyanın ən təhlükəli ölkələri isə Qvatemala, Yəmən və Filipin adaları hesab edilib.

©virtualaz.org

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər