15 C
Baku
Friday, April 26, 2024

İslandiyada oyanan vulkan satışa çıxarıldı

İslandiyanın Faqradalsfyadl vulkanının yerləşdiyi torpaq sahəsi satışa çıxarılıb.

Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Bu sahə məqbul qiymətə satılır və artıq ən azı iki təklif almışıq”, – deyə Anna Tordis Qudmundsdottir agentliyə bildirib. O, vulkanın ərazisində yerləşən Hraun fermasının sahibi olan 19 varisdən biridir.

Annanın sözlərinə görə, bu torpaq nəsillər boyu ailəsinə məxsus olub. Hraun torpaq mülkiyyətçiləri dərnəyinin sədri Qudmundsdottir Siqurdur Qudcon Qislason yerli “Stod 2” şirkətə bildirib ki, istəyənlər bu sahəni həm bütöv, həm də hissəli şəkildə ala bilərlər.

İrlandiya hökuməti Hraun vulkanını almağı planlaşdırmır, lakin onun püskürdüyü yerin turizm cazibəsinə çevrilməsi üçün pul ayıracaq. Ölkənin baş nazirinin sözlərinə görə, hökumət bu məqsədlə lazımi infrastrukturun yaradılmasına 70 milyon kron (564 min dollar) ayırmağa hazırdır.

Qeyd edildiyi kimi, Faqradalsfyadl vulkanı İslandiyanın ən populyar turizm mərkəzlərindən birində çevrilə bilər. Geoloqların proqnozlarına görə, püskürmə daha bir neçə il davam edəcək. Sonuncu dəfə belə bir hadisə 6 min il əvvəl olub, bu səbəbdən vulkan püskürməsinə baxmaq üçün Hraunu minlərlə insan ziyarət edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər