İspaniyanın Nəqliyyat Nazirliyi Ukrayna taxılının dəmir yolu ilə daşınması üçün pilot layihənin başlandığını elan edib.
Taxılın qatarla daşınması layihəsi dəniz nəqliyyatına alternativ və ya əlavə olaraq nəzərdə tutulub.
Layihə çərçivəsində İspaniyanın dəmiryol operatoru “Renfe Mercancias” şirkətinin artıq Polşa-Ukrayna sərhədinə göndərdiyi 600 ton qarğıdalı 25 konteynerdə daşınacaq.