Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdə İspaniyanın xarici işlər naziri Xose Manuel Alvarezlə görüşündə dövlət başçısı yeni müdafiə yardım paketinə görə İspaniyaya təşəkkür edib.
Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın Ukraynanın qorunması üçün “hava qalxanı” yaratmaq üçün çalışdığını vurğulayıb.
V.Zelenski, ölkəsinin bərpasının dəstəklənməsi ilə bağlı İspaniyaya müraciət edib və İspaniya hökumətini bununla əlaqədar olaraq təşəbbüs göstərməyə çağırıb.
Keçən ay İspaniya hökuməti Ukraynaya hava hücumundan müdafiəni təkmilləşdirmək üçün dörd HAWK raket sisteminin təqdim edəcəyini bildirib.