9 C
Baku
Friday, December 13, 2024

İspanyanın dövlət borcu 100 illik maksimuma çatdı

İspanyanın dövlət borcu iyun ayında 18 milyard 549 milyon avro artaraq 1 trilyon 107 milyard avroya yüksəlib.

Bu barədə İspaniya Mrəkəzi Bankı xəbər yayıb. Bankdan bildiriblər ki, ölkədə dövlət borcunun Ümumi Daxili Məhusla olan nisbəti 100,9 faizə yüksələrək ölkə tarixindəki rekord səviyyəyə imza atıb. İspaniyada dövlət borcunun ÜDM-ə nisbəti sonuncu dəfə bu səviyyədə 1909-cu ildə (100,2 faiz) olub.

2015-ci ilin dekabrından bu yana İspaniyada iki seçki keçirilməsinə baxmayaraq, hələ də hökümətin formalaşması başa çatmayıb. Mövcud siyasi böhranda ölkəni Xalq Partiyası (PP) idarə edir. Onun isə iqtisadi platforması özünü doğrultmur.

Hökumət iqtisadi sabitlik proqramı çərçivəsində dövlət borcunun ÜDM-ə nisbətini 2016-cı ilin sonuna 99,1 faizə endirməyi hədəfləyir. AB Komissiyasının hədəflərində bu nisbət 100,3 faiz göstərilir.

Son illərdə ciddi maliyyə böhran yaşayan İspaniyada dövlət borcu 2009-cu ildən bu yana həyəcan təbili çalır. Borcun 2008-ci ildə ÜDM-ə nisbəti 39,4, 2009-cu ildə 52,7, 2013-cü ildən etibarən isə 90 faizə yüksəlib.

Publika.az

Son xəbərlər
Digər xəbərlər