26 C
Baku
Saturday, July 27, 2024

İsrafil Məmmədov “Araz Supermarket”ə yeni direktor təyin edildi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinə Satış, İnşaat və Əmlak Əməliyyatları üzrə direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə İsrafil Məmmədov gətirilib.

O, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib.

2003-cü ildən peşəkar fəaliyyətinə “ANS” Şirkətlər Qrupunda başlamış, daha sonra 2010-cu ilədək həmin şirkətdə baş direktorun korporativ Nəzarət üzrə müavini olaraq çalışmışdır. 2011-ci ildə “Veysəloğlu” Şirkətlər Qrupunda satış nümayəndəsi kimi çalışan İsrafil Məmmədov, 2012-ci ildən “Atropatena” QSC-də satış müdiri kimi fəaliyyətinə davam etdirmişdir. Elə həmin il “Səbət-Fresco” mağazalar şəbəkəsində bölgə müdiri vəzifəsini icra etmişdir.

2015-ci ildən “Araz” Supermarketlər Şəbəkəsində mağaza müdiri vəzifəsində çalışmağa başlayan İsrafil Məmmədov, 2020-ci ildə Satış department müdiri vəzifəsində fəaliyyət göstərmiş, daha sonra Açılış və İnşaat departament müdiri vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin fevral ayında İnşaat və Əmlak direktoru, həmin ilin may ayında isə İdarə Heyətinin üzvü, Satış, İnşaat və Əmlak Əməliyyatları üzrə direktoru vəzifəsinə təyin olunub.

 

Son xəbərlər
Digər xəbərlər