2 C
Baku
Saturday, December 14, 2024

İsrail iqtisadiyyatı

İsrail hökuməti inkişaf etmiş bazar iqtisadiyyatına sahibdir və burada dövlətin ciddi iştirakı, yüksək texnologiyalı sənayeyə sahib olma, böyük kənd təsərrüfatı sahəsi kimi cəhətlər xarakterikdir. Bu ölkədə hərbi sənaye xüsusən inkişaf edib.

Ölkənin təbiət resurslarından yoxsul olması İsrail iqtisadiyyatına özünə məxsus zərbə endirir. Bu da ölkənin əsas xammal təchizatçısı kimi inkişaf etməsinə maneələr törədir. Son illər İsrailin Aralıq dənizinin sahilyani şelfində əhəmiyyətli miqdarda qaz ehtiyatları aşkar edildi. Şübhəsiz ki, bu ölkə iqtisadiyyatında öz təcəssümünü əks etdirəcək.

Kənd təsərrüfatı icmalarının sayının çox olması sayəsində İsrail demək olar ki, öz ərazisini kənd təsərrüfatı məhsulları ilə təmin edir. Bununla yanaşı İsrail xarici ölkələrə də kənd təsərrüfatı məhsullarını idxal edir.

İqtisadiyyatın inkişafına baxmayaraq, İsrail hökuməti büdcə kəsirini xaricdən cəlb edilən vəsaitlər hesabına ödəyir. Borc məbləğinin təxminən yarısını ABŞ təqdim edir. Xaricdən cəlb edilən vəsaitlər əsasən hərbi ehtiyaclar üçün xərclənir. Bununla yanaşı ölkə qeyri-dost münasibətində olduğu qonşu İslam dövlətləri ilə münasibətlərə görə hərbi proqramlar üçün iri həcmli məbləğlər ödəməli olur.

Son xəbərlər
Digər xəbərlər