5 C
Baku
Saturday, December 14, 2024

İsrail səfiri Azərbaycan ilə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb

İsrail səfiri Azərbaycan ilə əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb
“Azərbaycan və İsrail siyasət, energetika, kənd təsərrüfatı, səviyyə və s. sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında bildirib.

“Azərbaycan və İsrail siyasət sahəsini əməkdaşlığın əsas istiqaməti kimi müəyyən edib. Ölkələr həmçinin su resurslarından istifadə, kənd təsərrüfatı, səhiyyə, texnologiya və təhlükəsizlik, energetika sahələri üzərində işləyəcəklər”, – səfir deyib.

Onun sözlərinə görə, əməkdaşlığın inkişaf etdirilə biləcəyi daha bir perspektivli sahə bərpa olunan enerji sahəsidir.

“Görürük ki, Azərbaycan “yaşıl” gələcəyə doğru addımlar atır”, – C.Dik deyib. O, İsrailin günəş və külək enerjisi sahəsində lider olduğunu xatırladıb.

Onun sözlərinə görə, həm Bakıda, həm də Qarabağda layihələrin həyata keçirilməsi ilə bağlı Energetika Nazirliyi ilə müzakirələr aparılır. Bu layihələr üzrə tender nəticələri açıqlanacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər