27 C
Baku
Tuesday, May 28, 2024

İsrail Ukraynaya silah verməkdən imtina etdi

İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Ukraynaya silah satmadığını və bundan sonra da satmayacağını bildirib.

Nazirin sözlərinə görə, İsrail Ukraynaya tibbi və humanitar yardım göstərir.

“Mən aydınlaşdırmaq istəyirəm ki, biz Ukraynaya silah satmamışıq, onlara tibbi və humanitar yardım göstərmişik. Əgər kimsə iddia edirsə ki, biz Ukraynaya silah satmışıq və ya satacağıq, yanılır. Mən müdafiə naziriyəm və İsrailin silah ixracına cavabdehəm”, – deyə Qantz qeyd edib.

Oktyabrın 18-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı İsrailə müraciət etmək niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər