25 C
Baku
Saturday, July 27, 2024

İsraildə BƏƏ səfirliyi açılıb

İsrailin Tel-Əviv şəhərində BƏƏ səfirliyi açılıb. Səfirliyin açılış mərasimində ölkə prezidenti İshak Hersoq da iştirak edib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli televiziya kanalları məlumat verib.

“İsrail prezidenti vəzifəsinin başlanğıcında BƏƏ-nin İsraildəki səfirliyinin bu tarixi açılışında iştirak etmək fürsətinə sahib olduğum üçün çox xoşbəxtəm. Biz mümkünsüz bir şeyi mümkün etdik”, – deyə Hersoq mərasim zamanı söyləyib.

Xatırladaq ki, bu ilin iyun ayının sonunda İsrailin Əbu-Dabidəki səfirliyinin açılış mərasimi keçirilib, eyni zamanda Dubayda İsrailin baş konsulluğu yaradılıb.

2020-ci ilin sentyabrında İsrailin Baş naziri Binyamin Netanyahu, Bəhreyn və BƏƏ xarici işlər nazirləri Vaşinqtonda münasibətlərin normallaşmasına dair razılaşmaya imza atıb.

Son xəbərlər
Digər xəbərlər