İsraildə turistlərə kirayəyə verilən mənzillərə tətbiq olunan vergi ikiqat artırıla bilər

0

Təl-Əviv şəhər bələdiyyəsinin verdiyi təklifə əsasən, Şəhər Şurasında ildə üç aydan az müddət üçün kirayəyə verilən mənzillərə görə tutulan verginin ikiqat artırılması məsələsi müzakirə edilir. Yekun qərarın isə fevralın 18-də çıxarılacağı gözlənilir. 

Bələdiyyənin müraciətində bildirilir ki, son illərdə sahiblərinin onlayn sifariş xidməti əsasında qısa müddətə kirayəyə verdikləri mənzillərin sayında ciddi artım var. Bu, yerli insanların kirayə xərclərinin kəskin şəkildə artmasına şərait yaradır və normal həyat şərtlərinin pozulması təhlükəsi meydana gəlir. Problemi həll etmək və turistlərə kirayəyə verilən mənzillərin sayını azaltmaq məqsədilə bələdiyyə daşınmaz əmlakın hər kvadratmetrindən tutulan verginin dərəcəsini iki dəfədən çox – 14,3 ABŞ dollarından (şəhər üzrə orta göstərici bu qədərdir) 33,1 dollara qaldırmağı təklif edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, son iki ildə İsrailə turist axını 40 faizə yaxın artıb. Onlayn sifariş xidmətləri vasitəsilə qısamüddətli kirayə üçün təklif olunan evlərin və mənzillərin sayı isə keçən ilin sonunda 7 min 500-ə çatmışdı ki, bunların da yarısı Təl-Əviv şəhərinin payına düşür. Kirayəyə təklif edilən evlərdən istifadə göstəricisi Təl-Əvivdə 74 faiz, ölkə üzrə isə orta hesabla 70,4 faiz təşkil edir.