16 C
Baku
Wednesday, May 8, 2024

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini əvvəlki qaydada davam etdirir – RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.

Bu barədə diplomatik missiyadan məlumat verilib.

“Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.

Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər