İsrailin Baş naziri Naftali Bennet özünütəcrid rejiminə keçib.
Bu barədə məlumatı Baş nazirin mətbuat katibi Anna Yonatan-Leus açıqlayıb.
Onun sözlərinə görə, hökumətin iclası zamanı Baş nazir qızının koronavirus testinin müsbət çıxdığını öyrənib və dərhal iclası tərk edib.
Baş nazir PCR-test verib və qızından ayrı olaraq özünütəcrid rejimində qalacaq.