15 C
Baku
Saturday, April 20, 2024

İşsiz Nobel

İqtisadiyyat üzrə mükafatı məşğulluq səviyyəsinin modelləşdirilməsinə vermişlər.

Çətin axtarışlı əmək bazarının modeli bildirir ki, işsizliyə görə verilən müavinətlər çox olduqca, işsizlər ordusu bir o qədər artır.

Nobel komitəsi onun yaradıcılari olan Piter Daymondu, Deyl Mortenseni və Kristofer Pissaridesi mükafatla qeyd etmişdir. 

İki amerikalı – 70-yaşlı Daymond (Massaçuset texnologiya institutu) və 71-yaşlı Mortensen (Şimal-Qərb universiteti) və 62-yaşlı britaniyalı Pissarides (London igtisadi və siyasi elmlər məktəbi) əmək bazarında kifayət qədər vakansiya yerləri olduğu halda nə üçün bu qədər işsizin olmasını, həmçinin igtisadi siyasətin işsizliyin səviyyəsinə necə təsir etdiyini izah edən  nəzəriyyəni  hazırlmaışlar.

Ən maraqlı nəticələrdən biri çox yüksək işsizlik müavinətlərinin onun daha yüksək səviyyəyə gətirə biləcəyi oldu. Onların nəzəriyyəsi universaldır, çünki digər bazarlara, məsələn, mənzil  bazarlarına  tətbiq oluna bilər.  İqtisadçılar axtarış bazarı üçün “nəzəri çərçivə qaydaları” hazırladılar və onların işinin əsaslarını təhlil etdilər.

Nobel komitəsinin rəsmi xəbərlərində  modellərin inkişafının 1970-ci illərin əvvəllırində başlandağı barədə deyilir. Daymond – Mortensen – Pissaridesin işsizliyin kanonik modeli makroiqtisadiyyat analizi sahəsində işlək və iqtisadiyyat siyasətinin hazırlanmasında vacib vəsait oldu.

Nobel mükafatçıları  öz tədqiqatlarında işçi/işəgötürən axtarışı prosesinin vaxt və vəsait tələb edən və bunun çoxlu sayda qüsurlar əmələ gətirən axtarış bazarlarının analizi üçün  nəzəri modeli inkişaf etdirdilər.  “Bu xüsusiyyətləri olan bazarlar bütün alıcılar tərəfindən olan tələbatı ödəyə bilmirlər, analoji olaraq satıcıların bir hissəsi öz təkliflərini istədikləri qədər reallaşdırmaq qabiliyyətində deyillər. Əmək bazarında eyni zamanda, boş vakansiyalar və işsizlər mövcuddurlar”, – məlumatda bildirilir. Daymond bu bazarların nəzəri əsaslarının tədqiqatını apardı, Mortensen və Pissarides isə nəzəriyyəni genişləndirdilər və onu əmək bazarının analizinə tədbiq etdilər.

“Daymond və həmkarları təqdim etdikləri çətin axtarışlı model tələbat və təklifin bir birini tez bir vaxtda tapmadıqlarını nəzərdə tutur. Klassik modellərdə, adətən satıcının və alıcının qarşı qarşıya gəlməsi nəzərdə tutulur, lakin real həyatda belə deyil”, – deyərək, RİM-in professoru Oleq Zamulin izah edir.

Bu üç alimin işi əmək bazarının modelləşdirilməsi və iqtisadçıların əmək bazarı barədə düşüncələri ilə bağlıdır, deyərək RİM-in iqtisadiyyat professoru Konsatntin Stırin əlavə edir. Onların model yanaşmasında axtarışa olan xərclər əsas xərclər hesab olunur.

“Dövlətin bu ya digər siyasətinin işsizliyə necə təsir etməsi sualı – əbədi sualdır. Bunları, hal hazırkı əmək bazarı konfiqurasiyasının sosial sığorta,  gəlirlərin bölüşdürülməsi sahəsinə və s. dövlət siyasətinin necə qurulması suallarına da aid etmək olar. Onlar hal-hazırda əmək bazarının makroiqtisadi modelləşdirilmə sahəsində standart olan instrumentari təklif etdilər”, – deyə cənab Stırin bildirir.

O, mükafatın Daymonda və onun həmkarlarına təqdim olunmasını gözlənilməz hesab etmir: “Gec-tez bu olmalı idi . Onlar buna layiq insanlar kateqoriyasına daxilirlər” . Onun həmkarı Oleq Zamulin bu mükafatın olduqca gözlənilən olduğu ilə razılaşır: “Daymon və Pissarides çoxdan çoxsaylı iqtisadçıların qeyd etdiyi namizədlərin qısa siyahısında  idilər”.

Bununla belə, Reuters tərəfindən ISI Web of Knowledge-in bazasından elmi sitatların gətirilməsi indeksinin analizi əsasında tərtib olunmuş mükafata iddiaçı olan namizədlər proqnozu, çətin axtarışlı modelə mükafat nəzərdə tutmurdu. Nobelçilər üçlüyünə Alberto Alesina (siyasət və makroiqtisadiyyat əlaqələrinin nəzəri və empirik tədqiqatları); Nabuhiro Kiotaki və Con Mur (Kiotaki – Mur modelinin qısa və dürüst ifadə edilməsi); və Kevin Merfi (iqtisadiyyatda empirik tədqiqatlar) daxil idi.

İqtisadçı üçlük 10 mln İsveç kronunu (1,5 mln doll.) böləcək. İqtisadçılar hesab edirlər ki, gələn il potensial laureatların siyahısı praktiki olaraq dəyişməyəcək. Oleq Zamulinin sözlərinə görə, maliyyəçilərdən  mükafatlara Elhanan Helpman, Avinaş Diksit və Caqdiş Bhaqvatti (beynəlxalq ticarət nəzəriyyəsi), Robert Barro (makroiqtisadiyyatın dinamik modelləri), və eləcə də Lars Piter Hansen (ekonometrika) layiqdirlər.

Son xəbərlər
Digər xəbərlər